Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində “Cari təmir işlərinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
araz.az qlobal.az-a istinadən xəbər verir ki, smetası 68.674 manat olan satınalmada “Lider-Line” (VÖEN: 2701297561) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
“Lider-Line” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.
“Lider-Line” MMC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, ev 11-ci bağ küçəsi, mənzil 28-A ünvanı, qanuni təmsilçisi isə Əsgərov Namizəd Şahmar oğludur.
“Lider-Line” MMC-nin fəaliyyət profili, inşaat sahəsində çalışmaq üçün müvafiq lisenziyaları, mühəndis və işçi heyəti barədə açıq internet resurslarında məlumat yoxdur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə “Lider-Line” MMC Mingəçevir şəhərində ətriyyat və geyim məhsullarının satışı ilə məşğuldur.
İddialara görə “Lider-Line” MMC-nin Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində “Cari təmir işlərinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan olunmasına səbəb şirkət rəhbərliyi ilə universitet rəhbərliyinin arasında olan şəxsi münasibətlərdir.
araz.az xəbər portalı.