serdar

“Laçın dəhlizi məsələsinin BMT Təhlükəsizlik Şurasının iclasına çıxarılması qanunsuzdur və buna ciddi yanaşmıram. Laçın dəhlizi Azərbaycan dövlətinə məxsusdur və BMT-nin onu müzakirəyə çıxarmağa ixtiyarı yoxdur. BMT-nin əsas hədəflərindən biri dövlətlərin daxili işlərinə qarışmamaqdırsa, indi bu qurum bizim daxili işlərimizə necə müdaxilə edə bilər?”
araz.az bildirir ki, unu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ermənilərin saxta iddiaları əsasında Laçın dəhlizi ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyindən danışarkən deyib.
S. Cəlaloğlu hesab edir ki, bütün bunlar erməni demoqogiysıdır:
“Əlbəttə, əgər bu məsələ ciddiləşsə, ABŞ və ya Böyük Britaniya veto hüququndan istifadə edərək prosesi dayandıracaq. Nəzərə almaq lazımdır ki, London bizim müttəfiqimizdir. ABŞ-a isə gərginlik lazım deyil. Hazırda ABŞ-ın əsas prioriteti Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasına nail olmaqdır və bunun üçün Vaşinqtonun təşəbbüsü ilə danışıqlar aparılır. İndi ABŞ belə bir sənədin qəbuluna imkan versə və ya onu dəstəkləsə, əlbəttə ki, Azərbaycan onun təşəbbüsünə və niyyətinə haqlı olaraq müsbət baxmayacaq və təşəbbüs havada qalacaq”.
ADP sədri əlavə edib ki, BMT Təhlükəsizlik Şurasında Ermənistanı açıq müdafiə edən Fransa və belə sənədin qəbulunda maraqlı olan Rusiya da var:
“Amma nəzərə almaq lazımdır ki, hazırda veto səlahiyyəti olan ölkələr arasında maraqlar üst-üstə düşmür. Deməli, hər bir ölkə öz marağını əsas götürəcək. Bu halda veto hüququndan istifadə ortaya gələcək”.
S. Cəlaloğlu qeyd edib ki, hazırda Qarabağda vəziyyət getdikcə gərginləşir və bunda Rusiya tərəfinin xüsusi marağı var. Onun sözlərinə görə, belə gərginləşmə sonda hərbi qarşıdurmalara səbəb ola bilər:
“Ancaq aydındır ki, Türkiyə Rusiyanın regiondan getməsini istəyir, hətta bunu ifadə də edib. Ruslar isə getmək haqqında düşünmür. Deməli, ya Rusiya-Türkiyə münasibətləri kəskinləşəcək, ya da nəyinsə müqabilində ruslar buradan getməli olacaqlar”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.