araz.az xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.
Amma burada bir maraqlı nüans var. Ağaməmmədova Xanım Şamil qızı 1951-ci il təvəllüddür. Maraqlıdır 72 yaşlı bir qadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzilləri necə satın alacaq?
Çox maraqlıdır 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızının 2.531.250 manat məbləğində dövlət sifarişini həyata keçirə biləcəyinə bir nazir kimi Sahil Babayevin özü necə, inanarmı? Əlbəttə inanmaz. Çünki o sifarişi öz adamları həyata keçirəcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü üğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin haqqını yemək yolu ilə.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.