Maşını binanın həyətində park edən sürücü insanların yolunu kəsib. Bu barədə bina sakinlərindən biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. araz.az xəbər verir ki, 99-UA-077 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü sentyabrın 16-da, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən binaların birinin blokunun qarşısında park edib. Oxucunun verdiyi məlumata görə, həmin sürücü bina sakinidir: “Sürücü maşını ayın 15-i axşamdan bu formada park edib. Komendant irad bildirsə də, o, buna əhəmiyyət verməyərək avtomobili blokun qarşısından götürməyib. Səhər qonşular zəng edib maşını oradan götürməyi tələb etdilər. Lakin sürücü onlara “vaxtım olanda gəlib götürəcəm” deyərək daha da qıcıq yaradıb. Sürücünün bu hərəkətinə görə həmin blokda yaşayan gənc ailələr uşaq arabasını çıxara bilməyiblər” – deyə oxucu bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.