Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin düşmən açıqlamasını qətiyyətlə rədd edir.

Bu barədə araz.az-a Qərbi Azərbaycan İcmasından bildirilib. Qeyd olunub ki, əslində Fransa xüsusilə bu gün törədilən mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi:

“Bundan başqa, 30 il ərzində Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmayan, hətta həmin sənədlərə istinad edilməsinə qarşı çıxan Fransanın son vaxtlar tez-tez qurumun təcili iclasını çağırmaq niyyətinə düşməsi siyasi klounluğun göstəricisidir.

Fransa məsələlərə Azərbaycanofobiya, islamofobiya və dini təəssübkeşlik prizmasından baxmaq kimi mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdır”, – deyə açıqlamada qeyd olunur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.