Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə araz.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik”,- deyə məlumatda bildirilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.