Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

araz.az bildirir ki,bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Abbas Cəlil oğlu İsmayılov Naxçıvan MR İqtisadiyyat nazirinin müavini təyin edilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazir müavini Abbas Cəlil oğlu İsmayılova həvalə edilib.

araz.az xəbər portalı.