sehliyali-696x382.jpg

Qafqaz Müsəlmanları İdarəsinin halallıq zəmanəti verdiyi kolbasa firmaları arasında “Səhliyalı”nın adı yoxdur.

Araz.az AzEuroNews.com əsasən xəbər verir ki, şirkətin “1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasa və sosiska məhsulları qoca, südsüz inəklərin ətindən hazırlanır.

Əgər QMİ halallıq zəmanət verməyibsə, deməli bu məhsulların tərkibində şübhəli məmulatlar var.

Hətta az əvvəl rəsmi “Yeni Azərbaycan” yazmışdı ki, firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

ethttps://i1.wp.com/azeuronews.com/wp-content/uploads/2018/02/et.jpg?resize=300%2C225 300w, https://i1.wp.com/azeuronews.com/wp-content/uploads/2018/02/et.jpg?resize=768%2C576 768w, https://i1.wp.com/azeuronews.com/wp-content/uploads/2018/02/et.jpg?resize=80%2C60 80w, https://i1.wp.com/azeuronews.com/wp-content/uploads/2018/02/et.jpg?resize=265%2C198 265w, https://i1.wp.com/azeuronews.com/wp-content/uploads/2018/02/et.jpg?resize=696%2C522 696w, https://i1.wp.com/azeuronews.com/wp-content/uploads/2018/02/et.jpg?resize=560%2C420 560w” sizes=”(max-width: 831px) 100vw, 831px” width=”831″ height=”623″>

“Min bərəkət, halal nemət” nişanlı məhsulların da tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var.

Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Bu şirkətin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Bu haqda şirkətin rəsmi sahliyali.com saytında da məlumat yerləşdirilməyib.

Bir müddət qabaq şirkətin kolbasalarında nişastanın normadan artıq olduğu aşkarlanmışdı. Həmçinin, sosiskadan siçan əti çıxması böyük ajiotaja səbəb olmuşdu.

Mövzu ilə əlaqədar “Səhliyalı”ilə əlaqə saxlamaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…

araz.az xəbər portalı.