“Tezliklə Kəlbəcər sakinləri doğma ata-baba yurdlarına qayıdacaqlar”
araz.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib. O, qeyd edib ki, İyun ayında Kəlbəcər sakinlərinin ata-baba yurdlarına köçü başlayacaq:
“Cənab prezident İlham Əliyev Kəlbəcərə qayıdışla əlaqədər göstəriş verib. Bir neçə ildir ki, Kəlbəcər rayonunda tikinti, yenidənqurma işləri aparılır. Belə ki, Kəlbəcərdə obyektlər, yollar, məktəblər tikilir, elektrik xətləri çəkilir.
O ki, qaldı Kəlbəcər vətəndaşlarının doğa ata-baba yurdlarına köçünə, inşallah bu yaxın günlərdə baş tutacaq. Dəqiq desək, bu ilin İyun ayında köç başlayacaq. Məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Cənab prezindet Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edib. Bu proqrama əsasən də yenidənqurma işləri sürətli və keyfiyyətli şəkildə icra olunur.
Ümid edirəm ki, köçün ləngiməsi olmayacaq. Proqram üzrə soydaşlarımız öz ata -baba yurdlarına qayıdacaq”.
araz.az xəbər portalı.