Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…

Şərqdəki ilk sirk teatrı olan BakI Dövlət Sirkini zəbt edərək, acınacaqlı duruma salan Allahverdi İsrafilovun və qohum-əqrəbasının bağışlanmaz qanunsuz əməlləri barədə dövlət başçısına şikayət xarakterli Müraciət ünvanlanıb. Şikayətçilər sirkin öz əməkdaşlarıdır və bir nüsxəsini də araz.az-a göndərdikləri həmin Müraciətlərində Prezidentdən kömək istəyirlər.

Şərqdə ilk  sirk  teatrı  olan Bakı Dövlət  Sirkində baş verən neqativ hallar, qanunsuz əməllər barəsində redaksiyamıza şikayət  daxil olub.

Daha doğrusu, Bakı Dövlət Sirkinin icarədarı olan Allahverdi İsrafilovun qanunsuz əməlləri barədə sirkin işçiləri tərəfindən dövlət başçısına, hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb.

Müraciətdə qeyd olunur ki, 2021-ci  ilədək, yəni Allahverdi  İsrafilov sirkin binasını icarəyə götürənədək Bakı Dövlət Sirkində ciddi problem  yox idi. Bunu təsdiq edən rəsmi sənədlər var.

Belə ki, 2019-cu ildə FHN-in  sirkdə apardığı araşdırmadan sonra  rəsmi sənəd verilib ki, qurumda yanğın təhlükəsizliyi və digər məsələlərlə bağlı problem yoxdur. Amma Allahverdi İsrafilov  sirki icarəyə götürəndən sonra qurumda ciddi problemlər yaranıb və nəticədə FHN-nin tələbi əsasında Bakı Dövlət Sirki fəaliyyətini dayandırıb və xeyli sayda işçi öz işini itirib. Amma Allahverdi İsrafilov və ətrafı külli miqdarda qazanc əldə edib.

Belə ki, Allahverdi İsrafilov həyata keçirdiyi layihələrdə xərcləri, maaşları, binadakı təmiri  saxta  yolla  şişirdərək vergidən külli miqdarda yayınıb. Bir sözlə, Allahverdi İsrafilov öz qohum əqrəbası və dostları ilə birgə Bakı Dövlət Sirkini zəbt edib.

Şikayətçilər  qeyd edir ki, Mədəniyyət Nazirimiz hörmətli Adil müəllim Nahid Ağayevi Bakı Dövlət Sirkinə direktor əvəzi təyin etsə də, sirki faktiki olaraq  Allahverdi İsrafilov və onun  dostları idarə edir. Rəsmi  olaraq  bağlanmış sirkin işçiləri evdə otursalar da Allahverdi İsrafilov və dostları direktor əvəzi  Nahid Ağayevin kabinetində oturaraq qanunsuz əməllərə əl atırlar, məclislər təşkil edirlər. Yəni öz şəxsi  ofisi kimi istifadə edir.

Şikayətçilər cənab Prezidentdən, müvafiq dövlət qurumlarından xahiş  edirlər ki, icarə müqaviləsi bitmiş Allahverdi İsrafilov və onun qanunsuz dəstəsi Bakı Dövlət Sirkindən uzaqlaşdırılsın və onun 2021-2023-cü illərdək fəaliyyəti ciddi araşdırılsın. Çünki  Allahverdi İsrafilov hər sirk proqramından 700-800  min manat qazansa da külli miqdarda vergidən yayınıb. Təsəvvür edirsiniz hər il 3-4 proqram  təşkil edən Allahverdi İsrafilov neçə milyonlar qazanıb. Biz xahiş edirik ki, Allahverdi İsrafilovun mənimsədiyi pullar  dövlət  büdcəsinə  qaytarılsın.

Şikayətçiləri təqdim etdiyi materialdan görünür ki, Allahverdi İsrafilova oxşar əməllərinə görə 2019-cu ildə Rusiya Federasiyasını Ufa şəhərində cinayət işi açılıb.

Belə ki, təqdim olunan materialda qeyd olunur ki, Ufa şəhərinin Oktyabr rayon prokurorluğu 2019-cu ildə SİRK TRİUMF şirkətinin direktoru  Allahverdi İsrafilova  qarşı cinayət işi qaldırıb.

Belə ki, yanğın təhlükəsizliyi səbəbindən Sirkin fəaliyyətinin qadağan olunmasına  baxmayaraq Allahverdi İsrafilovun SİRK TRİUMF şirkəti minlərlə insana bilet sataraq fəaliyyətini davam etdirib.

Fikir verdinizmi  oxşar əməli Allahverdi İsrafilov Bakı Dövlət Sirkində davam etdirib.

Bir sözlə, Bakı Dövlət Sirkinin kollektivi Allahverdi İsrafilov və onun dəstəsinin əməllərinə son qoyulması üçün dövlət başçısından kömək gözləyirlər.

Yeri gəlmişkən, müraciətdə  Allahverdi İsrafilovun vergidən yayınma, dövlət  vəsaitini mənimsəmə mexanizmi də göstərilib

Belə ki, Allahverdi İsrafilov  xaricdən dəvət etdiyi  artistlərlə  iki kontrakt( müqavilə ) imzalayır.

Birinci  kontraktda  məbləğ-vəsait  dünya standartlarına uyğun, yəni real göstərilir. İkinci kontraktda isə  məbləğ 3-4 dəfə şişirdilir. Beləliklə  dövlətimizin büdcəsindən külli miqdarda ziyan dəyir. Amma qazanan Allahverdi İsrafilov olur.

Allahverdi İsrafilovun dediyinə görə guya vergidən qaçma mexanizmi  hər yerdə  belədir. Və onun özü də sirk artisti kimi fəaliyyət göstərəndə təşkilatçılar ona iki müqavilə imzaladıblar.

Şikayətçilər sonda Mədəniyyət Nazirliyindən, Dövlət Vergi Xidmətindən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xahiş edirlər ki, Allahverdi İsrafilovun qanunsuz  əməlləri ciddi araşdırılsın. Belə olarsa, onun cinayət əməllərinin üstü açılacaq.

Qarşı tərəfin  mövqeyini dərc  etməyə hazırıq.

araz.az xəbər portalı.