Bir neçə gündür Bakının qonağı olan türkiyəli müğənni Mahsun Kırmızıgül “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun atası Qurban Mənsimovun məzarını ziyarət edib.

araz.az   Sportinfo.az-a  istinadən  xəbər verir ki, ifaçının məzar başından fotolarını Türkiyədə yaşayan iş adamı sosial şəbəkədə paylaşıb.

“Atamın məzarını indiyədək ziyarət edə bilməsəm də, dostum Mahsun bunu mənim əvəzimə etdi. Çox sağ ol, əziz dost” deyə, o, paylaşımında yazıb.

Qurban Mənsimov ötən ilin iyununda uzun sürən xəstəlikdən vəfat edib. Mərhum Keşlə qəbiristanlığında torpağa tapşırılıb.

araz.az xəbər portalı.