Bu ərazi Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsidir.
araz.az xəbər verir ki, Nizami rayon İcra Hakimiyyətinin yaxınlığındakı dayanacaq uzun müddətdir ki, həm gecə, həm də gündüz saatlarında avtobuslar üçün labirintə çevrilib. Bakıxanov və Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət edən “manatlıq” taksilərin əsas məkanı məhz bu dayanacaqdır.
Qanunla qadağan olunan fəaliyyətləri bir yana, dayanacağı zəbt edərək həm avtobuslara, həm də piyadalara maneə yaradırlar.
Səfər Əlizadə
araz.az xəbər portalı.