Bakıda hərəkətin təşkilində olan nöqsan sürücüləri təhlükə ilə üz-üzə qoyur.

 araz.az   xəbər verir ki, söhbət paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Albert Aqarunov küçələrinin kəsişməsindəki dairədən gedir. Həmin yoldan istifadə edən sürücülərdən biri videogörüntü qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Belə ki, Zaur Nudirəliyev küçəsindən gələn istiqamətdə dairəvi hərəkəti bildirən 4.3 nişanı yoxdur. Verilən məluma görə, həmin nişan qəza zamanı yerindən qopub. Lakin o vaxtdan bəri 4.3 nişanı bərpa edilmir. Bu isə sürücülər arasında çaşqınlıq yaradır.

Qeyd edək ki, bu dairədə qəza baş versə sürücülər günahsız olacaq. Bu isə hüquqi problemlə nəticələnəcək.

 

araz.az xəbər portalı.