Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gəldi
araz.az bildirir ki, Türkiyə millisi Gürcüstan yığmasını 3-1 məğlub edərək qrupda ilk üç xalını əldə etdi.
***
Türkiyə millisinin gənc ulduzu Arda Gülər Avropa çempionatının qrup mərhələsinin Gürcüstanla matçında rekorda imza atıb.
19 yaşlı yarımmüdafiəçi Türkiyə millisinin heyətində Avropa Çempionatında qol vuran ən gənc futbolçu oldu.
Arda Gülər 19 yaş 114 günlüyündə vurduğu qolla Kriştianu Ronaldonu geridə qoyub. O, Avropa çempionatı tarixində ilk oyununda qol vuran ən gənc futbolçu olub.
Qeyd edək ki, Ronaldo 19 yaş 128 günlük olarkən AVRO-2004-də eyni uğura imza atmışdı.
araz.az xəbər portalı.