Adambaşına düşən Ümumi Daxili məhsul: üç Cənubi Qafqaz ölkələrində. 2014-cü ildə bu göstərici üzrə Azərbaycan hər iki digər ölkələri iki dəfə qabaqlayırdı. Azərbaycan üçün durğunluq dövründə ciddi geriləmə baş vermi.dir, digər respublikalar isə sürətlə inkişaf edərək Azərbaycanı 700-1500 dollar qabaqlamışdır.
2023-cü ildə adambaşına düşən Ümumi daxili məhsul, USD
1. Ermənistan – 8716 dollar
2. Gürcüstan – 8120 dollar
3. Azərbaycan – 7155 dollar
Bu bir ümumiləşdirici gösəricidir. Eyni vəziyyət əksəriyyət digər sosial gösəricilərdə də görsənir (orta əmək haqqı, əhalinin gəlirləri, büdcə xərcləri, elm, təhsil, səhiyyə xərcləri və s.). Daha böyük fərq (demək olar ki, iki dəfə) əsas kapitala investisiya qoyuluşu üzrə əmələ gəlmişdir. Əsas kaptala qoyuluş üzrə Azərbaycan çox geri qalır, bunun nəticəsidir ki, ölkədə artım yoxdur, dinamika yoxdur.
araz.az xəbər portalı.