“Barəmdə xüsusi ittiham qaydasında cinayət işi başladılıb. İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən, hansı bəhanə ilə qaldırıldığı yazılmayıb. Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”.
araz.az xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında yazıb.
Saytımızın araşdırması zamanı AXCP sədrinin məhkəməyə verən şəxsin kimliyi bəlli olub.
Bu, Əliyev Aydın Sədətqulu oğludur.
Prosesə hakim Babək Pənahov sədrlik edəcək.
araz.az xəbər portalı.