Rusiya prezidenti Vladimir Putin Azərbaycan əsilli rusiyalı teleaparıcı İradə Zeynalovanı səfir təyin edib. araz.az xəbər verir ki, bununla bağlı ölkə başçısı Fərman imzalayıb. Fərmana əsasən, İradə Zeynalova Rusiya Federasiyasının Mavrikidə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub. Atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur. Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib. 1997-ci ildən bəri televiziyada işləyir. 21 iyul 2017-ci il tarixində Yegor Kolyvanov və Sergey Malozyomovla birlikdə “‘Vladimir Putinlə ciddi söhbət” verilişinə rəhbərlik edir. İradə Zeynalova iki dəfə ailəli olub. 
                                            
Konkret desək, 1997-ci ildən televiziyada müxbir və xəbər proqramlarının aparıcısı kimi çalışan İradə Zeynalova Rusiyada böyük nüfuz sahibi kimi ad çıxarıb. Qürurverici dosye sahibi həmyerlimizə yeni işində “Araz” Media Qrupunun kollektivi adından uğurlar arzulayırıq.
Nadir HƏSƏNLİ, 
araz.az xəbər portalının əməkdaşı. 

araz.az xəbər portalı.