Sumqayıt səmasında görünən işıqlar nəinki camaat arasında, hətta sosial şəbəkələrdə müzakirələr yaradıb. Sosial şəbəkədə və mediada yayılan bu görüntülər haqda məlumatı olanlar yaxşı bilirlər ki, buna görə yaranan ictimai maraq böyük olub. Hərə bunu bir cür yozmağa çalışıb. Lakin rəsmi qurumlar tərəfindən bu barədə deyilənlər bizim üçün daha vacib idi. Bu, rəsmən iddia olunduğu kimi, kosmik cisim deyildi. 

araz.az bildirir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından belə açıqlama verilib:

“Sumqayıt səmasında görünənlər kosmik obyekt deyil, işıq əks-etməsidir. Küçədəki işıq dirəkləri də ola bilər. Çünki həmin işığın fokusu yoxdur, arakəsmələr də dəyişmir”, – açıqlamada vurğulanıb.

 

araz.az xəbər portalı.