Şok yaradan bu xəbər dünən axşam saatlarında ölkə mediası ilə bərabər, araz.az xəbər portalına da sızdırılıb. Az sonra isə, rəsmən təsdiq olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən Rayon Şöbəsinin rəisi, mayor Anar Əsgərovun həbs olunması ilə bağlı yazılar daha çox oxunanlar sırasına yüksəlib. Xəbərdə deyilir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək, azadlıqdan məhrum edilib. Hərbi komissar təkrar rüşvət almaqda ittiham olunur.
araz.az xəbər portalı.