Ələt Azad İqtisadi Zonasında tikiləcək yeni hava limanının bəzi detalları mətbuata məlum olub.
araz.az fed.az-a istinadən xəbər verir ki, “Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi layihəsini elan edib. Şirkət bildirir ki, yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.
Yük hava limanının tikintisi 2026-cı ildə başa çatacaq.
araz.az xəbər portalı.