İranda Müdafiə Nazirliyinin ehtiyacları üçün inşa edilən “Fəxr-1” peyki ikipilləli “Simurq” daşıyıcı raketi vasitəsilə uğurla orbitə çıxarılıb.

araz.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, hərbi peykin əksər komponentləri İran şirkətləri tərəfindən layihələndirilib və istehsal olunub.

Qeyd edək ki, İran bu cür buraxılışları raket sınaqları üçün istifadə edir və Qərb bu sınaqlarla bağlı öz narahatlığını dəfələrlə ifadə edib.

 

araz.az xəbər portalı.