İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun bu rayondakı nəhəng parnikində baş verən yanğın onun biznesinə külli miqdarda ziyan vurub.
araz.az xəbər verir ki, hadisə dünən İmişlidə — Araz çayının kənarında yaşanıb. Yayılan videodan görünür ki, parnikdə çox güclü yanğın başlayıb.
Xatırladaq ki, Salaeh Səmədov İmişlidə spirt, konyak zavodundan tutmuş, çox obyektlərə sahiblənib. Onun Rusiyaya qədər uzanan geniş biznesi var. Bu barədə araz.az geniş yazı dərc etməyi planlaşdırır. Bizi izləməyi unutmayın.
araz.az xəbər portalı.