Samir FEYRUZOV —————————————–
İnsanlar kimi dövlətlərin də taleyi var. Azərbaycan dünyada yeganə ölkədir ki, həmsərhəd olduğu bütün ölkələrdə torpaqları var. Qonşularından 3-ü imperiyadır. Cənubi Qafqaz ağır, problemli coğrafiyadır, pafos, cücərməyən fikirlər, millətçi şüarlar, birtərəfli siyasi kurs bu coğrafiyanın strateji koordinatlarına yalnız zərər vura bilər, başqa heç nə! Kütlə özü bilər, amma Azərbaycan dövləti – şüarçılıqdan uzaq, ərazilərini işğaldan azad edən, balanslaşdırılmış kurs yaradan, heç bir hərbi ittifaqa üzv olmayan, tərəfsiz, sağ və müstəqil yaşamaq istəyən dövlətdir.
Dünənə qədər Cənubi Qafqazdakı reallıqlar başqa idi, dekabrın 25-də Azərbaycana məxsus təyyarə vurulandan sonra sanki bu coğrafiyanın taleyində korrektə etməyi qərarlaşdırıblar. Ciddi korrektə! Amma necə?
Təyyarə Rusiya ərazisində zədələnib və daha sonra qəzaya uğrayıb. Rusiya isə Azərbaycanın ən əsas, həssas və strateji müttəfiqlərindən biridir. Heç şübhəsiz, Rusiya müharibə aparır və səmasında dronlar, raketlər işləyən ölkədə hər cür faciə ilə rastlaşmaq olar. İstənilən halda Rusiya iki ölkə arasındakı münasibətlərə hörmət etməli, Azərbaycandan üzr istəməli, təzminat ödəməli, günahkarları cəzalandırmalıdır. Rusiya dövləti etik mövqedən çıxış etməyi bacarmalı, Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir.
Kreml iki amili nəzərə almalıdır: birincisi, Azərbaycanda kütlənin əhəmiyyətli hissəsi Rusiyaya nifrət edir və bu hadisə bu nifrəti daha da gücləndirəcək. İkincisi, iki dövlət arasındakı müttəfiqliyin səmimiyyətində əhəmiyyətli çatlar meydana gələcək. Bu gərginliyi aradan götürmək Rusiyanın borcudur.
Rusiya səviyyəsiz və səriştəsiz çeçen rəhbərliyini və onun cinayətkar dəstəsini cəzalandırmalıdır. Təyyarə qəzasından dərhal sonra radikal “islamçı” Kadırov öz qardaşı oğlunu təltif edib sosial şəbəkələrdə paylaşmışdı. Amma bütün bu səhvlər Rusiya dövlətinin ayağına yazılır. Hazırda Cənubi Qafqazda Rusiyanın yeganə etibarlı və sabit müttəfiqi, tərəfdaşı Azərbaycandır. Rusiya bu barədə ciddi düşünməlidir.
Təbii ki, baş vermiş hadisədən ən çox sevinən ölkə Ukraynadır. “Xaxol”ların lideri Zelenski hələ də Azərbaycana başsağlığı verməyib. Halbuki müharibənin ilk günlərində Azərbaycan xalqı Ukrayna səfirliyinə axın edərək yardımlar daşıdı, dəstək nümayiş etdirdi. 2024-cü ilin birinci yarısına qədər Azərbaycan dövləti Ukraynaya 40 milyon dollarlıq humanitar yardım edib. Slavyanların “təşəkkür hissi”nə sahib olmadığı tarixi aksiomadır. Kloun Zelenskinin ucbatından Ukrayna adlı dövlət yox olub, milyonlarla Ukrayna gənci Avropa və ərəb ölkələrində səpələnib küçələrdə əxlaqsızlıqla məşğul olur. Paşinyanda olan ləyaqət Zelenskidə olmadı.
Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən, bayrağını profillərinə düzən adamların da səsi çıxmır. Hanı Ukrayna dövləti? Hanı adekvat münasibət? Müharibənin ilk günlərindən dediyim kimi, yenə deyirəm, Ukrayna məğlubiyyətə layiq idi, Rusiya da bunu reallaşdırdı, artıq ölkə iki hissəyə bölünüb, yoxdur. Azərbaycan Rusiya ilə müharibə etmir deyə, ölkəmizə qarşı qəzəb, kin qusmaq lazım deyil.
1990-cı il 20 yanvar faciəsini iflic durumda olan SSRİ-nin güc mərkəzləri həyata keçirmişdi, amma ABŞ-ın drijorluğu ilə. Çünki 20 yanvar faciəsi Azərbaycanın SSRİ-dən çıxmasını sürətləndirməli idi. Eləcə də Xocalı faciəsi! 366-cı motoatıcı alay həmin vaxt muzdlu qruplaşma kimi fəaliyyət göstərirdi. Kim pulunu verirdisə, orada da gedib qırğın törədirdi. Eynilə “Vaqner” kimi… Bu alayın da mükafatlandırılmasını ABŞ həyata keçirmişdi. Həmin vaxt millətçilərin liderləri ən ali kürsülərdən Çin səddinin, Vaşinqtonun, Kremlin qədim türklərin mülki olduğunu deyirdilər.
Sosial şəbəkələrdə az qala Rusiyaya qarşı müharibə çağırışları edən millətçiləri də anlayıram. Amma öncə çayxanalarda “Rusiyanın adamıdır” dediyiniz məmurların ciblərindən əlinizi çəkin, qapısında yallanmayın, telefonlarına zəng etməyin, şəkillərini paylaşıb təbrik etməyin, saytlarınıza aylıq pul verməsi üçün müqavilə bağlamağa məcbur etməyin. Öz dövlətinizdən, dövlətinizin maraqlarından yapışın da!
Bəzən mənə pessimist fikirlər səsləndirdiyimi deyirlər. Məncə, ən doğrusu da budur, belə lazımdır. Özünüzü aldatmayın. Mənasız təhlillərdən uzaq adamam. Baş verən təyyarə qəzası barədə təhlil yazmaq niyyətim də yoxdur. İndi hər bir adam gün ərzində 10-15 “ağıllı” status yazır.
Azərbaycanda və ölkənin xaricində bəzi şəxslər təyyarə qəzası ilə bağlı hər nə qədər Azərbaycanı aşağılamağa, aciz göstərməyə, “Rusiyanın koloniyası” adlandırmağa çalışsalar da, mən başqa cür düşünürəm. Artıq tələb var, dövlət tələb edir, üzr istənilməlidir, məsələ tam araşdırılmalıdır.
Yadınızdadır, İkinci Qarabağ Müharibəsi zamanı İlham Əliyevin prinsipiallığı hər kəsi heyrətə gətirmişdi, Əli Kərimli də ona “Ali Baş Komandan” deyə xitab edirdi. Belə bir statusu var. Bu məsələdə də tələsmirəm, İ.Əliyevin pripsiplərinə və qətiyyətli mövqeyinə güvənirəm. Təyyarə qəzasından sonra xalqımız üçün ən optimal variant nədirsə, Prezident buna nail olacaq.
Və ən nəhayət Azərbaycan təyyarəsinin vurulmasına görə məsuliyyəti birbaşa Rusiya daşıyır, Çeçenistan yox! Kadırovun hansısa yardım təklifi bu məsələdə Rusiyanın məsuliyyətini azalda bilməz. Kremldən gələn tapşırıq əsasında Azərbaycana yardım təklifi etmək Azərbaycanı məqsədli şəkildə qıcıqlandırmaqdır. Ərazi də Rusiyanındır, silah da! Tətiyi bir çeçen çəkə bilər, bu, nəticəni dəyişmir.
araz.az xəbər portalı.