Türk dilinə Kosovoda rəsmi status verilib. araz.az Türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Kosovonun mərkəzi hissələrində yerləşən Lipyan Bələdiyyəsi qərar verib.
Bildirilib ki, türk dili, ölkədə xalqın ənənəvi olaraq danışdığı dillərə verilən “rəsmi istifadədə olan dil” statusuna daxil edilib.
Məlumata görə, bu qərar Kosovoda Lipyan Bələdiyyə Şurasında keçirilən iclasda Kosovo Demokratik Türk Partiyasıdan (KDTP) millət vəkili Enis Kervanın qaldırdığı təşəbbüsdən sonra qəbul olunub.
Xatırladaq ki, Lipyan bələdiyyəsinin əhatə etdiyi bölgədə əsasən türklər yaşayır.
araz.az xəbər portalı.