Bu gün Türkiyədə əsasən kürdlərin partiyası sayılan DEM Partiyası üzvləri İmralı adasında cəzasını çəkən terror təşkilatı PKK-nın lideri Abdullah Öcalan arasında görüş baş tutub.
araz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ədliyə Nazirliyinin icazəsi ilə bu gün Bakı vaxtilə saat 12.00-da DEM partiyasının funksionerləri – deputat Sırrı Süreyya Öndər və Pervin Buldan Öcalanla həbsxanada bir araya gəliblər.
Məlumata görə, görüş az əvvəl başa çatıb.
DEM Partiyasının həmsədri Tuncer Bakırhan deyib ki, İmralıda danışıqlar yeni ildə yeni bir dövr açacaq: “Buna inanıram…”.
Xatırladaq ki, bir neçə ay əvvəl MHP lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində Öcalana çağırış edib:
“Gəlsin parlamentdə DEMP partiya fraksiyası deputatları qarşısında PKK-nın silahı yerə qoyduğunu elan eləsin. Bundan sonra böyük əfvdən yararlana bilər”. /mia.az/
araz.az xəbər portalı.