“Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib”.

araz.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə aparılacaq birliyin üç şöbəsinə aparılacaq:

“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertiza keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək”.

araz.az xəbər portalı.