Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində dəhşət yaşanıb. araz.az bu barədə “Yonhap” agentliyinin məlumat yaydığını bildirir. 

Bildirilib ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yerinə yetirən təyyarə yerli vaxtla saat 9:00-da eniş etdikdən sonra,  uçuş zolağından çıxaraq, hasara çırpılıb və yanğın əmələ gəlib.

Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.

Cənubi Koreya rəsmiləri qəzaya uğrayan “Boeing 737-800” təyyarəsinin göyərtəsində olan insanların (xilas edilən iki nəfər istisna olunmaqla) çoxunun həlak olduğunu bildirib.

araz.az xəbər portalı.