Kadırov onu Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan üzərində uçarkən vurmaqda ittiham edənləri hədələyib. Bu ittihamları onun Telegram kanalına yazanlar əksəriyyətlə azərbaycanlılardır.

araz.az bildirir ki, bu barədə özünün telegram kanalında canlı yayın açaraq, hiddət dolu çıxış edib.

Çıxışında onu qınayanları ağır şəkildə təhdid edib:

“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”. ––  deyə, Kadırov bildirib. /musavat.com/

araz.az xəbər portalı.