Rusiyanın “Aeroflot” şirkətinə məxsus olan və Fərqanə şəhərindən Moskvaya istiqamətlənən təyyarə Daşkənd havalimanına təcili eniş edib.

araz.az bildirir ki, APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Nəticədə, 1954-cü il təvəllüdlü qadın insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

araz.az xəbər portalı.