Dəhşetli Ukrayna müharibəsi bu il başa çatmalıdır. araz.az kainat.tv-yə istinadən xəbər verir ki, bu iddia ilə ukraynalı jurnalist, teleaparıcı Dmitri Qordon çıxış edib.
O iddia edir ki, bu gün – 30 dekabrda Ukraynadakı müharibəyə son qoyacaq görüş keçiriləcək.
“Burada əsas tarix 30 dekabrdır. Ukrayna və Rusiya arasında sülh müqaviləsi bağlandıqdan sonra Sergey Lavrov vəzifəsini tərk edəcək”, — o, iddia edib.
Qordonun bu iddiası sensasion xarakterlidir. O, konkret hansı görüşü nəzərdə tutduğunu açıqlamayıb. Lakin Rusiya teleqram kanalları ABŞ-da gizli görüşün olduğunu iddia edir. Məlumatlara görə, Rusiyanın rəsmi şəxslərini daşıyan “Rusiya” adlı xüsusi təyyarə iki gün Vaşinqtonda olub. İki gün ərzində Vaşinqton və Nyu-Yorka səfər edən təyyarə dünən Rusiyaya qayıdıb.
Deyilənlərin fonunda Ukrayna prezidenti Vladimir Zelenskinin bu gün ABŞ-ın xüsusi hərbi yardım paketini açıqlayacağını və bunun Ukrayna ordusuna böyük dəstək olacağını açıqlayıb. /Publika.az/
araz.az xəbər portalı.