Dekabrın 25-də AZAL-a məxsus təyyarənin  qəzaya uğramasının səbəbkarlarından biri Qrozni hava Limanının dispetçeri Əli İdrisov olub. O, dünən axşam təyyarə qəzasına görə dindirilib. 

araz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən axşam saatlarında ICR müstəntiqləri Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Qroznıda yerli bölməsinin əməkdaşlarını dindiriblər.

Dindirilmə zamanı Əli İdrisov iddia edib ki, o, təyyarənin eniş zamanı hava hücumundan, müdafiə sisteminin işindən xəbəri olmayıb və fövqəladə vəziyyətdən 5 dəqiqə sonra  “Kavyor” planı barədə məlumat alıb.

Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin uğursuz enişinin koordinasiyasını dispetçer Əli İdrisov verib. O, Ukrayna PUA-larının Qroznı şəhərinə hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edib. Dindirilmə zamanı O  bildirib ki, qəzanın baş vermə səbəbini təyyarənin quşlarla toqquşması kimi qiymətləndirib.

Əli İdrisovun sözlərinə görə, o, “Kavyor” planından təyyarə qəzası barədə məlumat verdikdən beş dəqiqə sonra xəbər tutub.

Qeyd edək ki, Əli İdrisov əvvəllər peşəkar futbolçu olub və “Terek Qroznı”da (indiki “Axmat”) komandasında çıxış edib.  2016-cı ildən isə  “Regionlararası İnşaatçılar Birliyində” hüquqşünas kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl isə O, Qroznı hava limanına dispetçer kimi işə düzəlib. /modern.az/

araz.az xəbər portalı.