4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev məşhur polkovnik Abdulla Mirzəliyevin qardaşı oğludur.  O, Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşıdır.

araz.az bildirir ki, unikal.az sözügedən şəxsin fotosunu təqdim edib:

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçiriblər.

Əməliyyat zamanı Əfsər Mirzəliyev saxlanılıb. O, vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da, ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılmışdı.

araz.az xəbər portalı.