İranın Ali dini rəhbərinə bağlı bir sıra dövlət qurumlarının və rəsmi şəxslərinin anti-Azərbaycan açıqlamaları iki ölkə arasında yeni siyasi böhrana gətirib çıxara bilər. Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli və SEPAH-a bağlı BƏSİC qüvvələri Azərbaycanı açıq hədəfə alıblar. Konkret desək, Ərdəbildə səslənən və Azərbaycanı və qardaş Türkiyə Cümhuriyyətini hədəfə alan şüarlar birbaşa hakim dairələr tərəfindən koordinasiya edilir.

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı hayata keçirən də BƏSİC üzvü idi. Ölkəmizin Türkiyə ilə koordinasiyalı siyasəti və Suriya siyasəti üzrə ikitərəfli əməkdaşlığı Tehranı lap “özündən çıxarıb”. Bu səbəbdən, indi Azərbaycanı İranda hədəfə gətirən də, elə, SEPAH-dı.

Adını çəkdiyimiz terror təşkilatları Ali dini rəhbər S. Xameneiyə tabedir. Məhz İranın azərbaycanlı prezidentinin Azərbaycana səfərinə və dövlət başçısısı İlham Əliyevlə görüşünə də, bu terror təşkilatı mane olur.

Bir sözlə, İranın fars rejimi Azərbaycana qarşı düşmənçilik fəaliyyətini yenidən açıq şəkildə davam etdirir. Məhz buna görə də,  Azərbaycan Tehrandakı səfirliyini müvəqqəti bağlamalı və diplomatlar təhlükə səbəbinə görə, paytaxt Bakıya geri  dönməlidirlər.

Bir də, açıq-aydın görünən odur ki, İranın aqressiv siyasəti hər ötən gün daha da inkişaf edir. İranın ölkəmizdəki müvəqqəti işlər vəkilinin XİN-ə çağırılması və deyilənlərlə bağlı ona ciddi etiraz bildirilməsi də, Tehran üçün sıradan bir məsələ deyil.

Məhəmməd ƏSƏDULLAZADƏ,        Azərbaycan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert. 

araz.az xəbər portalı.