Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev yaxın günlərdə vəzifəsindən çıxarılacaq.
araz.az bildirir ki, bu barədə AzFakt.com saytı Mədəniyyət Nazirliyindəki mötəbər mənbədən əldə etdiyi məlumata əsasən xəbər yayıb.
Məlumata görə artıq bu məsələ nazirliyin kluarlarında müzakirə olunmaqdadır. Əliqismət Lalayevin vəzifədən azad edilməsinə səbəb isə, son illər teatrın fəaliyyətində yaranan durğunluq göstərilir.
Eyni zamanda teatr rəhbərliyindən, buradakı idarəçilikdən də də son illər müxtəlif məzmunlu şikayətlər səslənməkdədir. Ə. Lalayevin yerinə kimin təyin ediləcəyi barədə hələ ki, heç bir məlumat yoxdur.
Onu da qeyd edək ki, Əliqismət Lalayev ölkədə ən uzunömürlü məmurlardan sayılır. O, 2008-ci ildən Musiqili Teatrın direktoru vəzifəsində çalışır. Sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevin kadrlarından sayılan Ə. Lalayevin adı zaman-zaman mətbuatda fəxri adların verilməsində əsas simalardan biri olduğu iddia edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrına 2019-cu ildə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə “Akademik” statusu verilib.
araz.az xəbər portalı.