Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan bir sıra keçmiş vəzifəli şəxslər, həbelə müxtəlif müddətə cəza alan iş adamları yeni il ərəfəsində cəzaçəkmə müəssisələrinə etap olunub.
araz.az-ın məlumatına görə, bu barədə gununsesi.info-ya daxil olan xəbərdə deyilir ki, uzun müddət Müalicə Müəssisəsində saxlanılan keçmiş ordu birləşməsinin komandiri olmuş general-leytenant Rövşən Əkbərov, ləğv olunmuş MTN-nin sabiq idarə rəisi general-mayor Nizami Şirinov, həbsdəki sabiq icra başçılarından bir neçəsi və bir sıra məhkum olunmuş iş adamları Müalicə Müəssisəsindən çıxarılıb.
Buna səbəb isə onların uzun müddətdir ki, orada qalması olub.
Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsi həbsdə olan şəxslər üçün ən əlverişli yer sayılır. Orada olan şərait cəzaçəkmə müəssisələrindən xeyli fərqlidir. Ona görə də həbs edilən bir sıra sabiq vəzifəlilər cəza müddətini Müalicə Müəssisəsində başa vurmağa çalışır.
araz.az xəbər portalı.