Ermənistan tərəfinin atəşkəsi pozaraq, Ordumuzun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması təsadüfi haldırmı?

Yox, burada heç bir təsadüf ola bilməz.

Bir yandan Suriyadakı uğursuzluqlarından sonra Rusiya və İranın yenidən əsas diqqəti Cənubi Qafqaza yönəltmələrinin, o biri tərəfdən isə hazırda Ermənistanın öz daxilində baş nazir Nikol Paşinyanla sabiq prezidentlər (Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan) arasında söz “duel”inin qızışmasının yanvarın 5-dəki atışma ilə bu və ya digər şəkildə əlaqəsi var. Yeni Suriyanın qurulması prosesində Türkiyə ilə birgə addım atmağımızı və təyyarəmizin vurulması məsələsində prinsipial mövqe tutmağımızı da cənub və şimaldakı qonşularımız heç cürə bizə bağışlaya bilmirlər.

Hədəfdə isə yenə sülh sazişi və Zəngəzur dəhlizidir. Atəşkəsi pozmaqla bu proseslərə mane olmağa çalışırlar.

Lakin bütün təxribat və süni əngəllərə rəğmən, 2025-ci ili sülh ilinə çevirməyi bacaracayıq. Zaman bizim xeyrimizə işləyir.

Bəybala MİRZƏYEV.

 

araz.az xəbər portalı.