2025-ci ilin yanvar ayının 1-dək İsrail həbsxanalarında həbsdə olan fələstinlilərin sayı açıqlanıb. araz.az bildirir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, Fələstin Azadlıq Təşkilatı (FAT) bununla bağlı rəsmi hesabat paylaşıb.

FAT-ın hesabatına əsasən, 2025-ci il yanvarın 1-nə olan məlumata görə, İsrail həbsxanalarında 10 min 400 nəfər fələstinli var:

“Tutulanlardan 87 qadın, 320-si uşaq olmaqla 3376 nəfərə inzibatı (sutkalıq) cəza verilib. 1886 nəfərə isə döyüşçü ittihamı ilə hökm ouxunuub. Qalanları isə, müxtəlif ittihamlarla həbsdə saxlanılır”.

araz.az xəbər portalı.