İran İslam Respublikasının ali dini lideri, de-yure dövlət başçısı olan Xameneinin birbaşa təlimatı ilə, Azərbaycana qarşı düşmənçilik siyasəti davam etdirilir. İranda prezidentin funksiyası zəifdir və əsasən, prezident ali dini rəhbərin icazəsi ilə xarici siyasətini qura bilər.

SEPAH İran prezidentinin həm daxili, həm də xarici siyasətini sabotaj edir. Demək olar ki, İranın prezidenti, etnik azərbaycanlı, islahatçı Məsud Pezeşkian öz vəzifə öhdəliklərini yerinə yetirə bilmir. Bir-neçə ay bundan əvvəl, onun özü də, ona işləməyə imkan verilmədiyini bəyan etmişdi. Məhz azərbaycanlı olduğu üçün, onun Azərbaycan prezidenti ilə dialoquna və görüşünə də imkan verilmir. Konkret desək, məcburiyyətdən, o, milli mənsubiyyətini fars-sasani milli ideologiyasina dəyişib.

İran Yaxın Şərqdə Fatimiyyun, Zeynəbiyyun, Qüds Briqadası… yaradaraq, terror siyasətini daim davam etdirib. Bizim ölkəmizə qarşı yaradılan terror təşkilatı Hüseyniyyun isə, birbaşa Xameneinin xeyir-duası ilə, terror siyasətini davam etdirir. Bu xoşagəlməz siyasətdən İranın öz xalqı, Suriya, Livan, İraq və Yəmən xalqları əziyyət çəkiblər.

Azərbaycanda İranın ali dini rəhbərinin göstərişi ilə, eyni ssenarinin tətbiqinə cəhd edildi. Amma, Tehranın anti-Azərbaycan siyasəti fiaskoya uğradı.

İrandakı İslam İnqilabının rəhbəri Seyid Ruhulla Xomeynidən sonra, Xamenei nüfuzlu ikinci şəxsdir. Elə, İranda hakim dini rejim də, məhz iki nəfərin üzərində qurulub. Xamenei qocalıb və öldükdən sonra, İranda siyasi vəziyyət dəyişəcək və mövcud sistemin çökməsi qaçılmaz olacaq. SEPAH daxilində baş verəcək kəskin fikir ayrılıqları və hakimiyyət uğrunda daxili savaş isə, İranın parçalanmasına yol açmağı labüd edir.

Məhəmməd ƏSƏDULLAZADƏ,      Azərbaycan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert.

araz.az xəbər portalı.