Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyev adı vaxtilə “Kapital Bank”ın Mingəçevir filialında baş vermiş yarım milyonluq yeyintidə hallanması, şəhərdə nömrəsiz “Ferrari” markalı avtomobillə gəzməsi ilə bağlı mətbuatda yayılmış məlumatı təkzib edib. R.Quliyev özü Criminal.az saytına bildirib ki, heç vaxt “Ferrari” markalı minik avtomobili olmayıb və daşıdığı vəzifələrdə nöqsana yol verməyib, hazırda isə hüquq-mühavizə orqanında vəzifə daşımaqda işini davam edir.
araz.az xəbər portalı.