trend_tehsil_nazirliyi_education_ministre_300615.jpg


 Bu gün cəmiyyətdə baş verən neqtaiv hadisələr  orta məktəblərə də sirayət edib. Belə demək mümkündürsə, bu gün məktəblərdə təlim və tədrisdən başqa hər şey var. Vaxtilə orta məktəblər elm və ədəb məbədi hesab olunurdu. Amma bu gün üçün bu sözləri demək bir qədər çətindir. Vaxtaşırı qumar, siqaret aludəçisi olan şagirdlər, müəlliməyə və şagirdə göz dikən direktorlar, şagirdlərin bir-birinə qarşı intim münasibətləri,  hətta məktəbdə baş verən cinayət hadisələri ilə bağlı məlumatlar yayılır. Şəxsi məsələləri həll etmək üçün bəzən tərəflər orta məktəbləri seçir. Bu “razborka”nın həll olunması üçün məktəbə edilən basqınlar da elə şagirdlərin gözü qarşısında baş verir.

Bunlar bir kənara, bir tərəfdən də təhsil sistemində  rüşvət geniş yayılıb. Dəfələrlə valideynlər bununla bağlı şikayət edirlər, lakin bu neqativ prosesə  “dur” deyən yoxdur…Əlbəttə ki, rüşvətə, digər  xoşagəlməz proseslərə yol verən də pedaqoqlarımızdı. Bu məsələdə artıq dəyərlər arxa plana keçib. Elm ocağında baş verən iyrəncliklər təkcə ictimai qınaqla bitmir. Yaxud adi xəbərdarlıq və cəza ilə də yekunlaşmır. Çünki bu əxlaq normalarına sığmayan durumu dəf etmək üçün mütləq  günahkar ağır cəza ilə cəzalanmalıdır… O qədər ağır ki, digərlərinə də nümunə olsun.

Bəziləri sadaladığımız bu məsələlərdə Təhsil Nazirliyini deyil, cəmiyyəti qınayır və günahkar bilir. Amma elə deyil…Elm ocaqlarına, təhsilə birbaşa cavabdeh və səlahiyyət sahibi olan nazirlikdir.  Təbii ki, məktəb direktorları və ya müəllimlər işə götürülən zaman onların elmi biliyi, idarəetmə qabiliyyəti yoxlanılır.  Əxlaq normaları, mənəvi keyfiyyətləri isə kənara atılır. Pedaqoq öz savadını gözəl aşılaya bilər, amma əxlaqsızdırsa, mütləq bu normanı bildiyi səviyyədə nümayiş etdirəcək.

Yeri gəlmişkən, bu gün orta məktəblərdən birində daha bir biabırçı olay gündəm oldu. Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbin şagirdlərinin intim videosu ilə bağlı xəbər  yayıldı. İntim əlaqədə şagirdlərin  7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb. Bununla bağlı yerli mətbuatda məlumatlar yayılsa da, bunu araşdırmaq Təhsil Nazirliyinin boynuna düşən məsələdir. Cebhe.info

araz.az xəbər portalı.