Yaxın yüz ildə dünyanı sel basacaq.
Turkustan.info-nun məlumatına görə, bu barədə “Nature” jurnalında dərc edilən elmi məqalədə bildirilib.
Mütəxəssislərin sözlərinə görə, hər il leysan, daşqın və sel kimi fətii fəlakətlərin sayı artır, onlar daha da dağıdıcı hal alırlar. 2100-cü ilə kimi qurunun böyük bir qismi su altında qalacaq.
Sahilyanı ərazilərin isə 50 faizi batacaq.
Alimlərin sözlərinə görə, batmaq riski ən yüksək olan ərazilər dəniz səviyyəsindən 10 metrə kimi yüksəklikdə yerləşənlərdir. Ən pis ssenaridə 287 milyon insan tələf ola bilər. Bu həm də 14 trilyon dollarlıq ziyan deməkdir.
Risk qrupuna daxil olan ərazilər kimi ABŞ-da Virciniya, Merilend, Şimali Karolina ştatları, Asiyada Hindistanın, Banqladeş, Çinin bəzi sahilyanı əraziləri, eləcə də Fransa və Almaniyanın şimal hissəsi göstərilir. Ən böyük ziyan isə Böyük Britaniyaya dəyə bilər.
araz.az
araz.az xəbər portalı.