Aleksandr20Lukaşenko

Belarus prezidenti Aleksandr Luaşenko hakimiyyət səlahiyyətlərinin keçə etirazları ilə deyil, konstitusion proses çərçivəsində paylaşılmasına çağırış edib.

Avropa.info xəbər verir ki, bu barədə MZKT zavodunun işçiləri qarşısında çıxış edərkən deyib. Lukaşenko hazırda hakimiyyət səlahiyyətlərinin bölünməsini ehtiva edən ölkə konstitusiyasının bütün variantları üzərində işlənildiyini deyib.

“Konstitusiyanı mənşəyi məlum olan kimsəyə vermək olmaz. Sonra bədbəxtlik baş verəcək” – o, deyib.

Aleksandr Lukaşenko əmin edib ki, məhz bu formatda prezident səlahiyyətlərini paylaşmağa hazırdır, lakin küçə təzyiqləri ilə yox.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.