SOSİAL
Fərdi qaydada taksi fəaliyyətinə dair yeni qayda müəyyənləşib
Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək və bunların hər biri 7 il müddətinə veriləcək. araz.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanunda əksini tapıb. Beləliklə, buraxılış…
Ətraflı »“Ruslan Əliyev, Siz bu işçiləri cəngəllikdən tapıbsınız?” – “Azəriqaz”ın analoqsuz qaz çəkilişi və ya 500 manat oyunu (FOTOLAR)
“Şikayətim Şirvan şəhər Qaz İstismar Sahəsinin məsuliyyətsizliyindən, səriştəsizliyindən, qanun və qaydalara riayət etməməklərindən, vətəndaşa verdiyi əsəb-stresslə yanaşı dövlətin əmlakını göyə sovurmaqdandır”. araz.az xəbər verir ki, bu sözləri Mia.az-a ünvanladığı şikayət məktubunda Şirvan şəhəri, Xaqani küçəsi ev 128-də yaşayan Rzayev Tofiq Niftulla oğlu deyib. O, bildirib ki, 2013-cü ildə yaşadığı küçəyə…
Ətraflı »Nazirlər Kabinetindən özəlləşdirmə çekləri ilə bağlı GÖSTƏRİŞ
araz.az feso.az-ya istinadən xəbər verir ki, bir müddət öncə əllərində özəlləşdirmə çekləri qalan müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələri Konstitusiya Məhkəməsinə şikayət məktubu göndərmişdilər. Bundan başqa, Nazirlər Kabinetinə də müraciət göndərilmişdi. Əlində özəlləşdirmə çekləri qalan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı AÇIQ MƏKTUB-la aşağıdakı linkdən tanış ola…
Ətraflı »Güney Qafqazda qazancı ən çox, maaşı ən az olan ölkə – Azərbaycan
Bu ilin ilk yarısına aid rəqəmlər Güney Qafqaz ölkələri arasında ixracdan ən çox gəlir götürən ölkənin Azərbaycan olduğunu göstərir – 17.9 milyard dollar. Eyni göstərici Ermənistanda 3.2 milyard, Gürcüstanda 3.1 milyard dollardır. Deməli, Azərbaycanın ixracdan əldə etdiyi gəlir Ermənistan və Gürcüstanla müqayisədə təxminən 6 dəfə çoxdur. Bu baxımdan, Azərbaycanın ixrac…
Ətraflı »Azərbaycanda ən çox maaş bu rayonlarda verilir – SİYAHI
2023-cü ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.5 faiz artaraq 921.9 manata çatıb. araz.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Məlumata görə, orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Paytaxta bu göstərici 1 177.3 manat təşkil edib. İkinci…
Ətraflı »Ev alarkən aldanmamaq üçün nəyə diqqət edək? – Ekspert məsləhəti
“Azərbaycanda daşınmaz əmlakların alqı-satqıları müxtəlif formalarda aparılır” araz.az xəbər verir ki, bu sözləri Valyuta.az-a əmlak məslələri üzrə ekspert Elnur Fərzəliyev “vətəndaşlar ev alarkən aldanmamaq üçün nələrə diqqət etməlidir” sualına cavab verərkən deyib. Ekspert deyib ki, bu köhnə binalar və yeni tikililər üzrə fərqlənir: “Tam qanuni alqı-satqı çıxarışlı mənzillər üzərindən olur…
Ətraflı »Mərkəzi Bankın son qərarı siyasi partiyaların GÜNDƏMİNDƏ – “Xaricdən qrant almaq olmaz”
Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli 38/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. araz.az bizim.media-ya istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilmiş,…
Ətraflı »İşsizlər üçün ŞAD XƏBƏR: 29 yaşadək şəxslər…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “İrəliləyİş” layihəsinə start verilib. araz.az xəbər verir ki, layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera…
Ətraflı »Bu məhsullar bahalaşdı – SİYAHI
Cari ilin iyul ayında əvvəlki aya nisbətən bahalaşan və ucuzlaşan ayrı-ayrı ərzaq məhsullarının adları açıqlanıb. araz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub. Ucuzlaşma isə çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun,…
Ətraflı »Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə 2 reys ləğv edilir
Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir. araz.az bildirir ki, bu vacib məsələ barədə, Azərbaycan Dəmir Yolları məlumat yayıb. Qeyd edilib ki, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədi ilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar və…
Ətraflı »