araz.az feso.az-ya istinadən xəbər verir ki, bir müddət öncə əllərində özəlləşdirmə çekləri qalan müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələri Konstitusiya Məhkəməsinə şikayət məktubu göndərmişdilər. Bundan başqa, Nazirlər Kabinetinə də müraciət göndərilmişdi. 

Əlində özəlləşdirmə çekləri qalan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı AÇIQ MƏKTUB-la aşağıdakı linkdən tanış ola bilərsiniz: 

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Həmin şəxslər öz müraciətlərində Konstitusiyaya zidd olan bəzi Normativ Hüquqi Aktlarla hüquqlarının pozulduğunu, Konstitusion hüquqlarının bərpa olunmasını və özəlləşdirmə çekləri ilə bağlı qərarın yenidən araşdırılmasını xahiş etmişdilər. Şikayətlə bağlı vətəndaşların hüquqi nümayəndəsi, hüquqşünas Mübariz Yolçuyevdir.

Bu ilin iyul ayında Konstitusiya Məhkəməsi ünvanlanan şikayətə cavab olaraq bildirib ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ bir neçə hakimin icraatına verilib. Sentyabr ayında bu məsələ geniş şəkildə müzakirə olunacaq və obyektiv şəkildə mövqe bildiriləcək.

Müvafiq dövrdə göndərilən müraciətlə bağlı Ədliyyə Nazirliyi də rəsmi açıqlama verib. Açıqlamaya görə, Nazirlər Kabineti  Konstitusiyaya zidd olan bu Normativ Hüquqi Aktlar haqqında vətəndaşların müraciətinin aiddiyyatı üzrə araşdırılması üçün göstəriş verib. Qeyd olunub ki, müraciətə baxılmasının nəticəsi barədə şikayətçilərə məlumat verilməlidir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən şikayət məktubu ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://file///C:/Users/Acer/Desktop/foto/Konstitusiya%20%C5%9Fikay%C9%99ti.pdf

https://www.facebook.com/groups/668471343515846/permalink/1587723841590587/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.