allahi_te1518808915.jpg


 Allahın varlığının heç bir sübuta və isbata ehtiyacı yoxdur. Ancaq buna baxmayaraq, bəzən insanların özünü dərk etməsi, Tanrının varlığına olan şübhələrini aradan qaldırması üçün məntiqli mülahizələrə ehtiyac yaranır.

Araz.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Professor auditoriyada tələbələrə sualla müraciət edir:

– Kim cavab verə bilər, dünyada mövcud olan hər şeyi Allah yaradıb?

Tələbələrdən biri cəsarətlə cavab verir:

– Əlbəttə, professor.

– Yəni belə düşünürsünüz ki, həyatda hər bir şeyi yaradan Allahdır?

– Bəli, professor.

– Siz düşündüyünüz kimi hər şeyi Allah yaradıbsa, onda şəri də Allah yaradıb. Əməllərimizdə, həyatımızda olan şərləri yaradan da Allahdır. Belə çıxır ki, Allah özü şərdir. Mən yəqin ki, fikirlərimdə yanılmıram?

Professorun belə qətiyyətli və israrlı cavabı tələbəni məyus etməklə yanaşı, həm də çaşdırır. Auditoriyanı inandırmağa çalışan professor fikirlərini davam etdirmək istəyəndə başqa bir tələbə əl qaldırıb sual verir:

– Professor, mənim sizə bir sualım var. Soyuq mövcuddur?

Sualdan təəcüblənən müəllim suala sualla cavab verir:

– Sizə heç vaxt soyuq olmayıb, siz heç vaxt soyuğun təsirini hiss etməmisiniz?

– Professor, mən soyuğun təsirini hiss etmişəm. Ancaq əslində, soyuq yoxdur. Fizika qanunlarına əsaslansaq, soyuq, istinin olmaması deməkdir. İcazə verin bir sual da verim. Bəs qaranlıq necə, var?

– Bu nə suallardır? Əlbəttə var.

– Professor, siz yenə də yanılırsınız. Qaranlıq yoxdur. Əslində, qaranlıq işığın olmadığı, işığın sıfıra bərabər olduğu haldır.

Professor bu sual-cavabdan hiddətlənərək tələbədən soruşur:

– Axı, siz bu suallarla nə demək istəyirsiniz?

– Professor, xahiş edirəm üçüncü sualıma da cavab verəsiniz. Şər var?

– Mən bu haqda dərsin əvvəlində demişdim. Biz hər gün şərlə, pis əməllərlə rastlaşırıq.

– Siz yenə də səhv edirsiniz. Elə şər də soyuq və qaranlıq kimidir. İşığın olmamasına qaranlıq deyirik, istiliyin olmamasını soyuq adlandırırıq, ürəyində Allah sevgisi olmayanların adı isə şərdir, sər adamlardır. Bəli, Allahını unudub pis əməllərlə məşğul olan adamlar. Deməli, qaranlıq işığı, soyuq istini təsdiq etdiyi kimi, şər də Allahın olduğunu sübut edir və bununla da isbat olunur ki, şəri Allah yaratmayıb.

Müəllim tələbənin bu məntiqinə qarşı cavab verə bilmir.

Professoru susduran və məyus edən bu tələbənin adı isə gələcəyin dahi alimi Albert Eynşteyn idi. Modern.az

araz.az xəbər portalı.