Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun Marneuli Bələdiyyə Məclisi sədrinin keçmiş müavini Rövşən İsgəndərovla bağlı bu günlərdə dediklərinə ictimai reaksiya getdikcə artır. 

Bu barədə araz.az-a daxil olan məlumata görə, GAK sədri Rövşən İsgəndərov barəsində sosial şəbəkələrdə yayılan videolara inanmadığını və bu çəkilişlərin montaj olduğunu hesab edir.

“Rövşən İsgəndərovla bağlı sosial şəbəkələrdə yayılan videolara inanmıram və o videoları montaj sayıram. Çünki mən Rövşən İsgəndərovu uzun illərdir şəxsən özüm yaxından tanıyıram və onun belə bir hərəkətlərə yol verdiyinə inanmıram. Rövşən İsgəndərovun inzibati xətası ola bilər, amma bu xəta da, Cinayət Məcəlləsi ilə mühakimə olunmamalıdır. Hesab edirəm ki, kiçik bir cərimə ilə Rövşən İsgəndərov azadlığa buraxılacaq”, — deyə, Yusubov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə 26 oktyabr Parlament seçkiləri günü Sadaxlı Kənd Seçki Məntəqəsində Rövşən İsgəndərovun qanun pozuntusu etdiyinə dair videolar yayılmışdı.

araz.az xəbər portalı.