Ölkələrində baş verən vətəndaş müharibəsi qorxusu səbəbindən qaçaraq, Türkiyəyə sığınmış suriyalılar artıq evlərinə qayıdırlar. Doğma Vətənlərinə geri dönənlər: “Türkiyəni əsla unutmayacağıq!”, — deyə, öz minnətdarlıqlarını türk xalqına çatdırır.

Türkiyəyə sığınan suriyalılar 61 illik Baas rejiminin devrilməsinini sevinclə qarşılayıblar. Bu, evinə dönən hər kəsin üz-gözündəki hisslərdən aydın görünür.

araz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün Gömrük qapılarına axın  artıb və artıq keçid məntəqələrində növbələr yaranıb.

7 il əvvəl Türkiyəyə sığınanlar Türkiyəni çox sevdiklərini bildirib və burada göstərilən yaxşılığı əsla unutmayacaqlarını deyiblər:

“Müharibə səbəbindən Türkiyəyə gəldik, amma indi müharibə bitdi, ölkəmizə qayıdırıq. Türkiyəyə təşəkkür edirik. Burada ailə quranlarımız, uşağı olanlarımız da var. İndi ailələrini götürüb, ölkəmizə qayıdırlar. Buranı əsla unutmayacağıq!”.

Övladlarını ölkəsində böyütməkdən xoşbəxt olduğunu deyən 25 yaşlı Mustafa Serhan da sevincini bölüşüb:

“Türkiyə Cümhuriyyətinə və Prezidentinə çox təşəkkür edirəm, bizə qayğı göstərdilər. Həyatımızı Türkiyəyə borcluyuq. Zalım Əsəd getdikdən sonra, ölkəmizə gedəcəyimiz üçün çox xoşbəxtik”.

https://www.facebook.com/share/v/1CfRUZSK9t/?mibextid=W8uxmFoSgGpQ09yd

Səməndər QURBANOV,

araz.az xəbər portalı.