Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.
araz.az-ın məlumatına görə, bu barədə o, Muğlada QHT nümayəndələri ilə görüşdə bildirib.
Ərdoğan yeni konstitusiyanın Türk Əsri məqsədinə daha tez çatmağa imkan verəcəyini bildirib.
“Yeni konstitusiya Türkiyə üçün lüks deyil, çoxdan gecikmiş bir ehtiyacdır. Bu istiqamətdə atılan addım Türk əsri hədəfimizə daha asan və daha tez çatmağa imkan verəcək”, — o, qeyd edib.
Türkiyə lideri 42 il əvvəl qəbul edilən konstitusiyasının demokratiyaya zidd olduğunu bəyan edib:
“Biz bu çağırışı müxalifətin iddia etdiyi kimi gündəm narahatlığından deyil, əksinə, ölkəmizin yeni konstitusiyaya ehtiyacını gördüyümüz üçün edirik. Amma bizdə elə müxalifət var ki, həllin bir parçası olmaq bir yana, problemin böyüməsi üçün əlindən gələni edir. Onların ölkənin hər hansı məsələsi, o cümlədən Konstitusiya ilə bağlı təklifləri varmı? Onların lüğətində “Biz istəmirik”dən başqa söz varmı? Belə gəldi, belə getsin”.
O, Türkiyə parlamentindəki əksər partiyaların yeni konstitusiya ilə bağlı bir çox məsələdə, xüsusilə ilk dörd maddədə həmfikir olduqlarını görməkdən məmnun olduğunu ifadə edib. /modern.az/
araz.az xəbər portalı.