Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) cənazəsi ailəsinə təhvil verilib.
Reyting.az xəbər verir ki, Türkiyə mətbuatı cənazənin İstanbula aparılıb orada dəfn ediləcəyini yazsa da, “qanuni oğru”nun Bakıda, Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda – atasının məzarı yanında torpağa tapşırılacağına dair məlumatlar var.
Xatırladaq ki, Nadir Səlifov dünən gecə Antalyada yerləşən otellərin birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Azərbaycandan olan “Xan” ləqəbli başqa bir kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçıb, lakin Antalya – Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.
{loadmoduleid 218}
Reyting.az
araz.az xəbər portalı.