ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Steve Bannonun həbsinə münasibət bildirib.“Reuters”in verdiyi xəbərə görə, Tramp bu xəbərdən çox pis olduğunu deyib. ABŞ Prezidenti əlavə edib ki, onun maliyyə toplayan bu donor təşkilatdan heç bir xəbəri olmayıb. Qeyd edək ki, Donald Trampın sabiq müşaviri Steve Bannon dələduzluqda ittiham olunaraq həbs olunub. Bannon və onun 3 şəriki ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə “Biz Divar Tikirik” kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplayıb/APA.
araz.az xəbər portalı.